Dubayın "xanımlar arasında beynəlxalq Quran yarışları"nın keçirilməsi komitəsinin məsulu İbrahim Məhəmməd Buməlhə həftənin Bazar günü bu yarışların 3-cü turunun başladığı barədə xəbər verib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin Dubay şəhərinin "xanımlar arasında beynəlxalq Quran yarışları"nın keçirilməsi komitəsinin məsulu İbrahim Məhəmməd Buməlhə dünən, həftənin Bazar günü, 4 Noyabr 2018-ci il, bu yarışların 3-cü turunun başladığını xəbər verib.
BƏƏ-nin Dubay şəhərinin "xanımlar arasında beynəlxalq Quran yarışları"nın 3-cü turu dünən, həftənin bazar günü, 4 Noyabr 2018-ci il, Dubayın "əl-Mümərriz" rayonunun mədəniyyət və elm amfiteatrının salonunda öz işinə başlayıb.
Yarışların açılış mərasimi hakimlər heyətinin üzvü Əbdülfəttah Tarutinin Quran qiraəti ilə başlayıb.
Açılış mərasimindən sonra Kameron, İraq, Ərəbistan, Filippin, Belçika və Cənubi Afrikadan olan altı nəfər iştirakçı Qurani-Kərimin hifzi üzrə yarışıblar.
Qeyd edək ki, BƏƏ-nin Dubay şəhərinin "Şeyxə Fatimə bint Mübarək" adına keçirilən "xanımlar arasında beynəlxalq Quran yarışları"nın 3-cü turu 63 ölkənin iştirakı ilə Noyabr ayının 4-də başlayıb və Noyabr ayının 16-dək davam edəcəkdir.